Amerika aktrisası Süzan Somers Kaliforniyanın Palm Sprinqs şəhərində olan malikanəsini 14,5 milyon dollara satışa çıxarıb.
Qaynarinfo.az xəbər verir ki, aktrisanın sıfırdan inşa etdirdiyi ev qayalıqların ətəyində, təxminən 7 hektar ərazisi olan torpaq sahəsində yerləşir.
Layihəsi memar Albert Frey tərəfindən hazırlanan, yarım əsrlik tarixi olan malikanə beşmərtəbəli bir neçə villanının birləşməsindən ibarətdir. Evdə hər biri fərqli dizaynda yığılan 8 yataq otağı, bir neçə hovuz, 11 hamam otağı, şərab anbarı, mətbəxlər, bitişik villalara qalxmaq üçün funikulyor və s. var.



Gununsesi.info













