Aktrisa Məlahət Abbasova ona təşəkkür etdi

  • By admin
  • 04 İyul 2016 16:58

mila

 

Əməkdar İncəsənət xadimi Məlahət Abbasova bugünkü həyatı üçün Xalq artisti Şəfiqə Məmmədovaya təşəkkür edib.

Gununsesi.info xəbər verir ki, sosial şəbəkədə səmimi şəkilini paylaşan aktrisa, müəllimi haqqında xoş sözlər yazıb: “İncəsənət İnstitutuna ilk dəfə imtahan verəndə  böyük sənətkar Şəfiqə Məmmədova mənə qabiliyyət imtahanından 5 verməsəydi bu gün mən aktrisa olmayacaqdım. Həyatımın başlanğıcı onunla bağlıdı və ona həyatımın sonuna qədər təşəkkür edirəm. Şəfiqə xanım həmişə özümə örnək aldığım və pərəstiş etdiyim bir aktrisadır”.

Gununsesi.info