Aktrisadan aktyor əri haqda şok açıqlama - “TOLQA MƏNİ ÖLÜMLƏ HƏDƏLƏYİR”

  • By admin
  • 15 İyun 2017 14:36

59414a0b18c77328ec79c6da

Türkiyəli aktrisa Eda Pera Küçük əri, aktyor Tolqa Pancaroğlunu məhkəməyə verib.

Gununsesi.info “Huriyyet”ə istinadən xəbər verir ki, Eda artıq bununla bağlı prokurorluğa müraciət edib.

Eda bunun səbəbini əri Tolqa tərəfindən döyüldüyü və hətta son günlərdə ölümlə hədələnməsi ilə izah edib. Edanın sözlərinə görə, evliliklərinin bir ili tamam olduqdan sonra Tolqa onu döyməyə başlayıb: “Düzdür, o zaman buna görə üç həftə ayrı yaşadıq, ancaq sonradan barışdıq”.

Aktrisa bildirib ki, Tolqa bu ayrılıqdan nəticə çıxarmadı, əksinə ona qarşı fiziki zor işlətməkdə davam etdi: “Mən oyunçuyam və mənim dediyim olacaq. Sən evdə oturacaqsan. Gizlincə çəkdiyim videolarla məni təhdid etməyə başladı. Buna görə də ondan ayrıla bilmirdim”.

Eda onu da bildirib ki, Tolqa hətta onu ölümlə təhdid edib: “Hətta son döydüyündə bir həftə xəstəxanada yatmalı oldum. Əlimdəki faktlarla prokurorluğa müraciət etdim və barəmdə mühafizə qərarı alındı. Ancaq Tolqa buna da əməl etməyərək, məni ölümlə hədələdi. İndi onun ailəsi də məni təhdid edərək, iddiami geri götürməyi tələb edir. İndiyədək baş verənlərin ailəmin bilməsini istəmirdim, artıq baş verənlərdən hamının xəbərdar olmasını istəyirəm”.

Gununsesi.info