Aktyor 44 kilo arıqladı - FOTOLAR

  • By admin
  • 15 Sentyabr 2017 11:54

04

Türkiyənin məşhur kino və teatr aktyoru Abidin Yerəbakan yeni görünüşü ilə diqqətləri üzərinə çəkib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkədə görüntülənən aktyor, xeyli arıqlaması ilə müzakirə mövzusuna çevrilib.

Belə ki, ulduzun saç-saqqalının ağarması da diqqətdən yayınmayıb. Uzun illərdir artıq çəki səbəbindən bir çox problemlə üzləşən məşhur aktyor, mədə kiçiltmə (“Qastrik Mədə Bypass”) əməliyyatı keçirib.

Qeyd edək ki, A.Yerəbakan 8 ay ərzində çəkisini 132 kilodan 88 kiloya qədər düşürüb. Hazırda aktyor özünü yaxşı hiss edir.

03

02

Anar

Gununsesi.info