Aktyor Ramin Hacıyev Azərbaycan Dəmir Yollarının (ADY) qatarlarında internet bağlantısı ilə bağlı narazılığını ifadə edib.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, vaqonlarda nə ADY-nin təqdim etdiyi internetdən, nə də mobil internetdən istifadə etmək mümkündür.
“Hörmətli Azərbaycan Dəmir Yolları, nəzərinizə çatdırım ki, vaqonlarda nə sizin internetiniz var, nə də öz internetimizdən istifadə edə bilmirik. Bir şey fikirləşin. Yoxsa elə bunu fikirləşə bilmisiniz?”,- deyə aktyor bildirib.
Ramin Hacıyev fikirlərini yumorla davam etdirərək, “Yekə adamsız, çöldə XXI əsrdir”, – deyə həmçinin əlavə edib.
Bununla yanaşı, o, ADY-nin xidmətlərini ümumilikdə müsbət qiymətləndirərək, “Amma adamın üstə Allah var, çox şey yüksək səviyyədədir”, – sözləri ilə də tamamlayıb.
Elmar












