Dövlət Akademik Milli Dram Teatrının aktyoru Hikmət Rəhimov işdən çıxarılıb.
Gununsesi.info-nun Ölkə.Az-a istinadən məlumatına görə, Rəhimov bir müddət öncə rejissor köməkçisi Vüqar Məmmədovu döydüyü üçün rəhbərlik bu qərarı verib.
Qeyd edək ki, sözügedən hadisə oktyabrın 1-də baş vermişdi.
Xatırladaq ki, V.Məmmədov əfsanəvi xalq artisti Mehdi Məmmədovun oğludur.
Gununsesi.info