
“Fi” serialında aktrisa Serenay Sarıkaya ilə atəşli səhnələrə çəkilən Mehmet Günsür arvadının onu qısqanmadığını açıqlayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlum səhnələrdən sonra aktyorun ailəsində problem yaşandığı, həyat yoldaşının əsəbiləşdiyi iddia edilirdi.
Mövzu ilə bağlı ilk dəfə açıqlama verən Günsür bu iddiaları təkzib edib, arvadının nəinki onu qısqanmadığını, hətta bu səhnələri zövqlə izlədiyini bildirib.
Qeyd edək ki, Mehmet Günsür 11 ildir ki, evlidir və 3 övladı var.


Gununsesi.info












