Albaniya Prezidenti Azərbaycan Respublikasına işgüzar səfərə gəlib

  • By admin
  • 11 Mart 2023 18:23

Albaniya Respublikasının Prezidenti Bayram Beqay martın 11-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Gununsesi.info xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya Prezidenti Bayram Beqayı Azərbaycanın energetika naziri Pərviz Şahbazov və digər rəsmi şəxslər qarşılayıblar.

Albaniya prezidenti Heydər Əliyev Mərkəzində keçiriləcək Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirdə iştirak edəcək.

Gununsesi.info