Albaniyada paytaxt meri və 3 deputat koronavirusa yoluxdu

  • By admin
  • 28 İyul 2020 20:54

Albaniyanın paytaxtı Tirana şəhərinin meri Erion Veliayda, həmçinin ölkə parlamentinin üç deputatında koronavirus aşkarlanıb.

Gununsesi.info bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

COVID-19 testi pozitiv çıxan Tirana meri özünü yaxşı hiss etdiyini və bu gündən evdən işləyəcəyini deyib. O, vətəndaşları səhiyyə tədbirlərinə riayət etməyə çağırıb.

“Albanian daily news” nəşrinin yazdığına görə, koronavirus testi pozitiv çıxan deputatlar Elio Hisko, Enver Roşi və Ralf Qyonidir.

Qeyd edək ki, Albaniyanın ən son statistikasına əsasən, ölkədə pandemiyanın başladığı vaxtdan 4 880 nəfər koronavirusa yoluxub, 2 745 nəfər sağalıb, 144 xəstə vəfat edib.

 

 

Gununsesi.info