Ali Ağaoğlu yenidən gündəmi zəbt edib - MİLYARDER EVİNDƏKİ QADIN ÇANTALARININ SAHİBƏLƏRİNİ ŞƏXSİ MALI SAYIR - VİDEO

  • By admin
  • 30 Mart 2017 07:48

ali agaoglu

Tanınmış iş adamı Ali Ağaoğlu BBC-yə maraqlı açıqlamalar verib.

Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, ingiltərəli aparıcını evinə aparıb gəzdirən milyarder yataq otağında çəkiliş zamanı xanımları əsəbləşdirəcək sözlər istifadə edib.

Belə ki, otağa girər-girməz gözü qadın çantalarına sataşan aparıcı “Bunlar sizin malınızmı” deyə soruşduqda, Ali Ağaoğlu “Xeyr, çantalar deyil, onları istifadə edənlər mənim mallarımdır” deyə cavab verib.

Bununla da milyarder yenidən gündəmi zəbt etməyi bacarıb.

Gununsesi.info