
Türkiyəli model Çağla Şikellə “Her şey dahil” poqramını aparan müğənni Alişanın sosial şəbəkədə paylaşdığı foto müzakirələrə səbəb olub.
Gununsesi.info-nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, sənətçi Çağla Şikel onun ayaqqabısının bağlarını bağladığı zaman çəkilmiş şəklini İnstaqram hesabında paylaşıb.
Təxminən 12 min “like” alan foto izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri Alişanın bu fotosunun zarafat olduğunu söyləsə də bununla həm də qadınları təhqir elədiyini bildirib.
Gununsesi.info