
İyunun 29-da Türkiyənin iki ünlüsü – müğənni Alişan və aktyor Burak Özcivit həyatlarının ən gözəl günlərini yaşayacaqlar.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, belə ki, Alişan həmin gün tanınmış aparıcı Əsra Erolun bacısı Eda Erolla nişanlanacaq, Özcivit isə 3 ildən bəri sevgili olduğu ünlü aktrisa Fahriye Evcenlə “dünya evinə” girəcək.
Alişanın yaxın və ailə dostu-ünlü model və aparıcı, “Cənnət məhəlləsi” dizisindəki tərəfmüqabili Çağla Şəkər isə mediaya açıqlamasında müğənni ilə xanım Erolun bu ilin noyabr ayında “dünya evinə” girməyə hazırlaşdıqlarını bildirib.
“Onların ikisini də çox sevirəm. Hər ikisinin də xoşbəxt olmasını istəyirəm. Onlar, xüsusilə, Alişan xoşbəxtliyə layiqdir”-deyə, o, sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info












