Alkoqollu içkilərə aksiz dərəcələri iki dəfə artırılacaq - SAMİR ŞƏRİFOV

  • By admin
  • 07 Noyabr 2017 12:01

Alkoqollu içkilərə aksiz dərəcələri iki dəfə artırılacaq.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında 2018-ci il büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, aksiz dərəcələrinin iki dəfəyədək artırılması məqsədi ilə Vergi Məcəlləsinə dəyişikliklər təklif olunur: “Bununla bağlı Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişiklik prezidentə təqdim olunub. Müəyyən aidiyyatı qurumlarda baxıldıqdan sonra Məcəlləyə dəyişiklik parlamentə deputatların müzakirəsinə təqdim olunacaq”.

O deyib ki, aksiz dərəcələrinin artırılması ilə bağlı dəyişiklik növbəti ildə qüvvəyə minəcək. Nazir əlavə edib ki, aksiz dərəcəsinin iki dəfəyədək artırılması nəticəsində büdcəyə gəlirlərin artırılmasına nail olunacaq.

Mürtəza

Gununsesi.info