Allahşükür Paşazadə Vyanada beynəlxalq tədbirə qatılacaq

  • By admin
  • 03 İyul 2018 12:16

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Avstriyanın paytaxtı Vyana şəhərinə səfərə yola düşür.

Gununsesi.info bildirir ki, idarədən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd iyulun 5-də Vyanada keçiriləcək KAİCİİD Dialoq mərkəzinin Direktorlar Şurasının növbəti 18-ci sessiyasında iştirak etməkdir.

Dünyanın nüfuzlu beynəlxalq hökümətlərarası təşkilatı olan KAİSİİD qurumunun 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman din xadimi – Şeyxülislam A.Paşazadənin qatılacağı sessiyanın gündəliyində bir sıra önəmli məsələlər, o cümlədən, mərkəzin idarəetmə sistemində mühüm dəyişikliklərlə bağlı müzakirələr nəzərdə tutulub.