Alman deputatlar Türkiyəyə buraxılmadı

  • By admin
  • 23 İyun 2016 12:18

alman

 

Alman deputatların Türkiyədəki hərbi bazaya gəlişinə razılıq verilmədi. Gununsesi.info “Şpigel”-ə istinadən xəbər verir ki, Ankara Almaniya deputat nümayəndə heyətinə Türkiyədəki “İncirlik” aviabazasına səfər etməsinə razılıq verməyib. Nümayəndə heyətinə Almaniya Müdafiə nazirlyinin yüksək rütbəli nümayəndəsi Rolf Braukzipe rəhbərlik edib.

Buna səbəb Almaniya bundestaqının uydurma erməni soyqrımı ilə bağlı qəbul etdiyi qərar olub. “Şpigel” onu da yazır ki, artıq bu ikinci faktdır. Bundestaqın məlum qərarından sonra Ankara alman jurnalistlərin “İncirlik” aviabazasına gəlişinə razılıq verməyib.

Gununsesi.info