Alman nazir: “Britaniyanın Avropa Birliyindən çıxması bizi şoka salmamalıdır”

  • By admin
  • 25 İyun 2016 13:29

Frank-Valterr Sthaynmayer

 

“Böyük Britaniyanın Avropa Biriliyindən çıxması bizi isterikaya və şoka düşməyə imkan verməməlidir”. Gununsesi. info xarici mətbuata istinadən xəbər verir ki, bu fikri Almaniyanın Xarici işlər naziri Frank-Valter Ştaynmayer şənbə günü Fransa, İtaliya, Belçika, Niderland və Lüksemburqun Xarici işlər nazirləri ilə görüşündə səsləndirib. Alman nazir deyib ki, baş verənlərə soyuqqanlı yanaşıb qarşılıqlı fikir mübadiləsi və dialoq aparmağa başlamalıyıq: “Avropa özünü depressiya düşməyə və hərəkətsiz qalmağa imkan verməməlidir”.

Ştaynmayer onu da deyib ki, bu gün bütün suallara cavab tapmaq mümkün deyil. “İnanıram ki, 27 Avropa Birliyi ölkəsi Britaniyanın qərarından sonra da Avropanı qoruyub, onu gücləndirmək niyyətindədir”.

Mürtəza Bünyadlı