Alman səfir Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb

  • By admin
  • 17 Sentyabr 2017 11:30

almanya-dan-kustah-cikis-turkiye-ile-ilgili-9865009_7440_o

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyanın Ankaradakı səfiri Köln şəhərində PKK-ya dəstək aksiyasının keçirilməsinə görə Türkiyə XİN-ə çağırılıb.

“Almaniya hakimiyyətinin sentyabrın 16-da Köln şəhərində PKK-ya dəstək aksiyasının keçirilməsinə və terrorçuluğun təbliğatına icazə verməsini qətiyyətlə pisləyirik. Almaniya səfiri XİN-ə dəvət olunub, ona sərt reaksiya bildirilib. Almaniya hakimiyyəti festival adı altında təşkil olunan aksiya zamanı Almaniya qanunvericilinə zidd olan PKK simvolikası, təşkilatın başçısı Abdulla Ocalanın portretlərinin nümayiş etdirilməsinə göz yumublar. PKK başçılarından biri isə aksiyada çıxış edərək terroru tərifləyib”, – deyə məlumatda bildirilir.

Türkiyə XİN-in məlumatında qeyd olunub ki, Almaniya tərəfi bu cür aksiyaların keçirilməsinə icazə verməyəcəyini vəd etdikdən sonra bu həmin ölkə ərazisində artıq ikinci analoji tədbirdir: “Terrorla mübarizədə Almaniyanın nümayiş etdirdiyi bu cür ikili standartlar terrorla qlobal mübarizə fonunda böyük narahatlıq doğurur. Biz Almaniyanı onunla hərtərəfli mübarizə aparmaq prinsipinə əməl etməyə çağırırır”, – deyə sənəddə bildirir.

Gununsesi.info