Almaniya 300 qaçqın qəbul edəcək

  • By admin
  • 18 Mart 2018 18:10

Almaniya Liviyada qeyri-leqal miqrantlar üçün düşərgədə saxlanılan 300 qaçqını qəbul edəcək.

Bu barədə bu gün “epd” agentliyi Almaniya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Miqrantların Almaniyaya göndərilməsinə hazırlıq işləri ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İdarəsi məşğul olur. Dəqiq tarix olmasa da, Almaniya Daxili İşlər Nazirliyi qaçqınların ilk qrupunun bu yaz ərzində Almaniyaya gələcəyini proqnozlaşdırır.

Gununsesi.info