Almaniya hər il turizmdən 290 milyon avro qazanır

  • Müəllif: admin
  • 10 İyul 2018 11:28
Foto © Fərhad Çağtürk / AzEuroNews.com

Almaniyaya ildə 37 milyon turist gəlir. Gununsesi.info xəbər verir ki, bu barədə alman  “Deutschland.de” saytı məlumat yayıb. Məlumatda deyilir ki, Almaniya Turizm Mərkəzinin (DTZ) hesabatına görə, 2017-ci ildə 84 milyon turist Almaniyada gecələyib.

Almaniyanın turizimdən qazandığı illik qazanc təxminən 290 milyon avrodur.

Almaniyada turizm sahəsinə çalışan işçilərin sayı isə, 3 milyondur.

Almaniyanın hədəfi isə, 2030-ci ili üçün gecələyən turist sayının  121.5 milyon olmasıdır.