Almaniya səfiri hüquq müdafiəçiləri ilə görüşüb

  • By admin
  • 18 Yanvar 2023 17:49

“Müdafiə Xətti” İnsan Hüquqları Təşkilatının rəhbərləri Rüfət Səfərov və Zaur Əkbər  Almaniyanın Azərbaycandakı səfiri Dr. Ralf Horlemann ilə görüşdüb.

Bu barədə Gununsesi.info-ya danışan Rüfət Səfərov deyib ki, görüşdə ölkədəki insan haqlarının ümumi durumu, xüsusilə, Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun səhhətindəki son vəziyyət əsas müzakirə mövzusu olub: “Eyni zamanda, Almaniyadan deportasiya olunan, sonradan saxta ittihamlarla cəmiyyətdən təcrid edilən müxalif fəalların məsələsini də müzakirə etdik”. 

 

Mətləb

Gununsesi.info