Almaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

  • By admin
  • 08 Sentyabr 2020 16:37

Almaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Gununsesi.info-nun RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Rusiyadakı səfirliyi məlumat verib.

Bildirilib ki, səfir sabah Rusiya XİN-də görüşə dəvət olunub.

Qeyd edək ki, daha əvvəl Rusiya XİN sözçüsü Mariya Zaxarova Aleksey Navalnı ilə bağlı vəziyyət şərh edərkən Almaniya səfirinin XİN-ə dəvət olunacağını bildirmişdi.

 

Gununsesi.info