Almaniya şirkəti Ukraynaya 88 ‘Leopard’ tankı vermək istəyir

  • By admin
  • 27 Aprel 2022 00:12

Almaniyanın Rheinmetall konserni Ukraynaya 88 Leopard 1A5 tankının verilməsi üçün hökumətdən icazə istəyib.

Almaniyanın Die Welt qəzeti sözü gedən sorğu ilə tanış mənbələrə istinadən yazır ki, şirkət ilk 22 tankı artıq bir neçə həftəyə göndərə bilər.

Qalan tankların bu ilin sonunadək çatdırıla biləcəyi xəbər verilir.

Lakin sözü gedən tankların Kiyevə verilməsi üçün Almaniya federal hökumətinin icazəsi lazımdır.

Reuters agentliyi yazır ki, Rheinmetall konserninin nümayəndələri artıq kansler Olaf Şoltsun administrasiyasına müraciət ediblər.

Rheinmetall habelə Ukraynaya 100 ədəd Marder PDM-nin çatdırılması üçün icazə istəyib.