Almaniya Ukraynanı Avropa Birliyinə üzvlükdə dəstəkləyəcək – RƏSMİ AÇIQLAMA

  • By admin
  • 24 May 2023 09:59

Almaniyanın Baş naziri Olaf Şolz Ukraynanın Avropa Birliyinə (AB) üzvlüyü üçün çağırış edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,  Baş nazir Şolz Avropalı bir Ukraynanın gələcəyi üçün mübarizə aparmağa dəstək verib.

“Qitəmizin tarixində Vladimir Putinin imperialist xəyalları ilə yaratdığı bu acı dolu dönəm müstəqil Ukraynanın Avropa Birliyinə üzv olaraq qatılması ilə tamamlanacaq”.
Ukrayna xalqını və onların azadlığını qorumaları üçün dəstəkləməyə davam edəcəklərini bildirən Şolz “Rusiya bu savaşı qazanmamalıdır və qazanmayacaq da”, – deyə söyləyib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info