Almaniya Ukraynaya daha çox pul və avadanlıq ayrılmasını tələb etdi

  • By Admin2
  • 10 İyun 2026 14:56

Almaniya Ukraynaya dəstəyini artırmalı, onun döyüş təcrübəsindən dərs çıxarmalı və Rusiya səbəbindən Bundesverin yenidən silahlanması prosesini sürətləndirməlidir.

Gununsesi.info xəbər verir ki, bu barədə Bundestaqın XDİ üzvü Bastian Ernst bildirib.

Onun sözlərinə görə, Rusiya problemdir və bu, hər gün təsdiqlənir.

Deputat iddia edir ki, Prezident Vladimir Putin guya Qərbi düşmən kimi müəyyən edir və bu da Almaniyanın daha qətiyyətli hərəkət etməsini zəruri edir.

Ernst deyib: “Biz irəliləməliyik, Ukraynanı daha çox dəstəkləməliyik. Ukrayna üçün daha çox pula ehtiyacımız var. Ukrayna üçün daha çox avadanlıqa ehtiyacımız var”.

Maqsud

Gununsesi.info