Almaniyada koronavirus məhdudiyyətlərinə qarşı keçirilən aksiyada 10 nəfər yaralanıb

  • By admin
  • 02 Yanvar 2022 18:55

Almaniyanın Qreiz şəhərində hökumətin koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyası zamanı dördü polis olmaqla azı 10 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə DPA agentliyi yerli polisə istinadən məlumat yayıb.

Aksiya yanvarın 1-də axşam saatlarında baş tutub və 400-ə yaxın insanı cəlb edib. Polis təşkilatçıların şəhərin küçələrində planlaşdırdıqları nümayişə icazə verməyib, vəziyyət gərginləşib, mühafizəçilər gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etməli olublar.

Almaniyada dekabrın 28-dən şəxsi mənzillərdə və evlərdə 10 nəfərə qədər insan toplaşa bilər. 14 yaşdan kiçik uşaqlar üçün bu, istisna edilir.

Restoranlara, mağazalara, ictimai nəqliyyata giriş yalnız peyvənd olunmuşlar üçün mümkündür.

İri tədbirlər, o cümlədən futbol oyunları tamaşaçılar olmadan keçirilə bilər. Ölkə daxilində diskotekalar, klublar və barlar bağlanıb.

Gununsesi.info