Almaniyada ölən gənc siyasi mühacir olub - DİASPORA KOMİTƏSİ VƏ XİN MEYİTİN GƏTİRİLMƏSİNƏ KÖMƏK ETMİR

  • By admin
  • 28 Avqust 2016 19:51

 

emil

Bəxtiyar Ədalətli sabiq siyasi məhbus Babək Ədalətlinin övladı imiş  

Bu günlərdə sosial şəbəkədə Almaniyada yaşayan azərbaycanlı gəncin göldə boğularaq, ölməsi barədə xəbər yayılıb. Olaydan bir neçə gün keçməsinə baxmayaraq, hələ də Bəxtiyar Ədalətlinin cənazəsini ölkəyə gətirmək mümkün olmayıb. Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, həmin gənc keçmiş Siyasi Məhbus (2013-2015), Şah İsmayıl Xətai adına Azərbaycan Demokratik Partiyasının Sədri Babək Ədalətlinn kiçik oğludur.

Mərhumun ailəsində olub, onları dinləməyə çalışdıq, Bir neçə gündür ki, gözləri qapıda qalan ailə övladlarının cənazəsinin nə zaman gətiriləcəyini gözləyir. Bəxtiyarın böyük qardaşı Emil əməkdaşımızla söhbətində bildirib ki, mərhumun nəşinin Azərbaycana gətirilməsi üçün günlərdir ki, göstərdikləri çaba nəticə vermir: “Əvvəlcə Nazim İbrahimovun komitəsinə (Diaspora ilə İş üzrə dövlət komitəsi-red) gedərək, müraciət etdik. Susqunluqları ilə bizə kömək etməyəcəklərini dedilər. Bundan sonra Qafqaz Müsəlmanları İdarəsinə yollandıq ki, bəlkə Şeyx bizə kömək olar, onun işçiləri bizi ümidsiz yola saldı. Prezident Administrasiyasına gedəndən sonra Almaniyadakı konsulluğumuzdan cavab gəldi. Berlindəki səfirliyimiz günlərdir ki, bu olayı görməzdən gəlir. İndi gözləyirik, gətiməlidirlər”.

Xatırladaq ki, Azərbaycanda ağır vərəm xəstəliyindən əziyyət çəkən Bəxtiyar atasının həbsindən sonra Almaniyaya mühacirət edib. Orada müalicə alan Bəxtiyara qoyulan diaqnozda onun qəsddən vərəmə yoluxması bəlli olub. Buna baxmayaraq, Almaniyada sağlığına qovuşan Bəxtiyar bir neçə gün öncə faciəvi şəkildə dünyasını dəyişib.

bax

Gununsesi.info