Türkiyə ilə əlaqələrin normallaşması üçün fürsət axtarırıq.
Axar.az xəbər verir ki, bu sözləri Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel deyib.
“Türkiyə ilə aramızda hələ də anlaşılmazlıq mövcuddur. Türkiyəyə səfərimdə İncirlik məsələsi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir”, – nazir bildirib.
Qeyd edək ki, 2 gün sonra Qabrielin Türkiyəyə işgüzar səfəri başlayır.
Gununsesi.info












