Almaniyadan Türkiyəyə xəbərdarlıq: Hər an...

  • By admin
  • 20 May 2017 20:40

 ursula_fon_der_lyayen

 

İordaniyada yerləşən Azraq aviabazasında olduqca böyük potensial var.

Axar.az xəbər verir ki, bu sözləri sözügedən ölkədə səfərdə olan Almaniya Müdafiə naziri Ursula fon der Leyen deyib.

“Bu aviabazanı gördüyümdə xeyli təsirləndim. Böyük potensialın olduğunu düşünürəm. Müsbət qarşılama və güclü dəstək gördüyümüz üçün çox məmnunuq”.

Nazir onu da bildirib ki, Almaniya hökuməti İncirlik aviabazası ilə bağlı son qərarını verməyib:

“Hər an bu bazanı tərk etmək məcburiyyətinə hazır olmalıyıq”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə hökuməti alman deputatların İncirlik aviabazasına səfər etməsinə icazə verməmişdi.

 

Gununsesi.info