Almaniyanın enerji konserni rus qazından imtina etdi

  • By admin
  • 16 Mart 2022 15:23

Almaniyanın “E.ON” konserni Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanın “Qazprom” şirkətindən qaz almağı dayandırıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“E.ON” konserninin baş direktoru Leonhard Birnbaumun sözlərinə görə, Rusiyadan enerji idxalının qəfil dayandırılması onlara təsir edəcək:

“Rusiya bazarı bizim hədəf regionlarımız arasında deyil. Ancaq bir şey aydındır ki, enerji idxalında çatışmazlıq olarsa, bizim üçün də nəticələri olacaq”.

Gununsesi.info