Almaniyanın maliyyə nazirindən Amerikaya çağırış

  • By admin
  • 21 İyun 2017 18:39

x-default

“ABŞ dünyada qayda-qanuni tənzim etmək üçün aparıcı rolunu davam etdirməlidir”.
Gununsesi.info interfax-a istinadən xəbər verir ki, belə bir bəyanatla Almaniyanın maliyyə naziri Volfqanq Şoyble  Henri Kissincr mükafatını alan zaman çıxışında deyib.
“Əgər Amerika dünyadakı qaydaların  müdafiəçəsi  roluna spektik yanaşarsa, hansı ki, son illərdə biz bunun işarələrini şahidi oluruq, mən bunu Avropaya, o cümlədən Almaniyaya qarşı birbaşa çağırış kimi dəyərləndirirəm”- deyə, almaniyalı nazir bəyan edib.
Alman nazirin sözlərinə görə, ABŞ bu roldan imtina edəcəyi təqdirdə yaranacaq bo.luğu Rusiya və Çin tutacaq: “Odur ki, buna yol vermək olmaz. Belə halın baş verməsi isə bizim liberal dünyanın qaydalarının sonu demək olacaq. Ona görə də Amerika üzərinə düşn missiyanı davam etdirməlidir. Və biz əlaqələrimizi  inkişaf etdimək istərdik. Ən azından bu əlaqələrin zəifləməsinə imkan verməyək”.
Alman nazir eyni zamanda ABŞ-a əməkdaşlığı inkişaf  etdirmək və qarşılıqlı inamın artırılması istiqamətində çağırış edib.
Gununsesi.info