Almaniyanın Qelzenkirxen şəhərində Leninin abidəsi ucaldıldı - FOTO

  • By admin
  • 20 İyun 2020 21:39

Almaniyanın Qelzenkirxen şəhərində Marksizm-Leninizm Partiyasının təşəbbüsü ilə inqilabçı, SSRİ-nin yaradıcılarından olan Vladimir Leninin iki metrlik heykəli ucaldılıb.

Gununsesi.org bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, kansler Angela Merkelin təmsil olunduğu Xristian Demokratik İttifaqının, sağ radikalların, şəhər administrasiyasının bununla bağlı etirazı nəticə verməyib.

Marksizm-Leninizm Partiyasının nümayəndəsi Peter Vayspfeninq agentliyə bildirib ki, bu, Leninin keçmiş Çexoslovakiyadakı abidəsidir. “Biz onu Avstriyadakı satıcıdan “ebay” vasitəsilə əldə etdik – “məxməri inqilabdan” sonra abidə orada idi. Biz onu almağa və ucaltmağa qərar verdik, çünki Qərbi Almaniyada indiyə qədər Leninin heç bir büstü və ya heykəli yox idi”, – Vayspfeninq deyib.

 

 

Gununsesi.org