Almeyda yubiley matçına hazırlaşır

  • By admin
  • 12 Sentyabr 2017 21:30

photo_25286

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyunu “Qarabağ”ın futbolçusu Riçard Almeyda üçün əlamətdar olacaq.

Gununsesi.info apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin braziliyalı yarımmüdafiəçisi avrokuboklarda yubiley matçına çıxacaq.

İngiltərə “Çelsi”si ilə Londonun “Stemford Bric” stadionundakı qarşılaşma Riçardın 50-ci belə oyunu olacaq. Bunadək “Qarabağ”la 49 avrokubok görüşünə çıxan Almeydanın hesabında 7 qol var.

2012-ci ilin yayında “Qarabağ”a keçən braziliyalı növbəti il Avropa Liqasında Ağdam təmsilçisi ilə ilk görüşünə çıxıb. 2013-cü il iyulun 2-də Makedoniyada “Metalurq”a qarşı görüşlə başlayan avrokubok karyerasındakı görüşlərdən 31-i Avropa Liqası, 18-i Çempionlar Liqasına təsadüf edib.

Gununsesi.info