Amaliya Pənahova görüntüsü ilə hər kəsi ŞOKA SALDI (FOTO)

  • By admin
  • 19 Aprel 2018 09:10

Xalq artisti, tanınmış aktrisa Amaliya Pənahova “Parni iz Baku” KVN Teatrının konsertinə qatılıb.

Gununsesi.info yenicag.az-a istinadəm xəbər verir ki, aktrisa fərqli görünüşü ilə görənləri təəccübləndirib. Saçları qızılı rəngə boyanan, xeyli çəki atan xalq artisti yeni imici barədə sualımızı cavablandırmaqdan imtina edib:

“Mənə görünüşümlə bağlı sual verməyin, xoşlamıram”.

Qeyd edək ki, illərə meydan oxuyan 77 yaşlı aktrisa imicini tez-tez dəyişməkdə həmkarlarını kölgədə qoyub. Amma nədənsə, xalq artistinin fərqlənmək istəyi insanlar tərəfindən birmənalı qarşılanmır. Bəziləri onun yeni görkəmini qəbul etmir.

Gununsesi.info