“Amazon”un rəhbəri iki gündə 19,2 milyard itirdi

  • By admin
  • 30 Oktyabr 2018 17:24

Dünyanın ən zəngin insanları siyahısında ilk yerləri tutan “Amazon” şirkətinin rəhbəri və şəriki Ceff Bezos son iki gündə 19,2 milyard dollar itirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb şirkətə məxsus səhmlərin dəyərinin azalmasıdır.

Hazırda Bezosun sərvəti 128,1 milyard dollardır. Bununla yanaşı, Bloomberg Billionaires Indexin dünyanın ən zəngin insanları reytinqində milyarder ilk sırada yerini qoruya bilib.

Qeyd edək ki, iki gündə böyük məbləğdə pul itkisi üzrə əvvəlki rekord Facebook sosial şəbəkəsinin qurucusu Mark Zukerberqə məxsus olub. O, bu ilin iyulunda 16,5 milyard dollarlıq sərvətindən olmuşdu.