“Amazon”un sahibi 1 milyard dollarlıq səhmlərini satıb

  • By admin
  • 04 Noyabr 2017 21:20

“Amazon” internet mağazasının təsisçisi və baş direktoru Ceff Bezos arxada qoyduğumuz həftə ərzində rəhbərlik etdiyi şirkətin 1,1 mlrd. dollar dəyərində 1 mln. ədəd səhmlərini satıb.

Gununsesi.info xəbər verir ki, milyarder son 6 il ərzində mütəmadi olaraq şirkətin səhmlərini satır. Sonuncu əqd cari ilin may ayında bağlanıb. Həmin vaxt C.Bezos səhm satışından 940,7 mln. dollar əldə edə bilib.

Hazırda C.Bezosa “Amazon”un 80 mln. ədəd (16,4%) səhmi  məxsusdur. Buna baxmayaraq, milyarder hələ də şirkətin ən iri səhmdarıdır.

Oktyabrın 28-də “Forbes” jurnalının versiyasına əsasən C.Bezos dünyanın ən zəngin insan olub. Onun sərvəti 93,1 mlrd. dollar məbləğində dəyərləndirilir.

Gununsesi.info