AMB-nin 2025-ci ilədək olan valyuta ehtiyatları açıqlandı – PROQNOZ

  • By admin
  • 23 Yanvar 2021 15:53

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi bu ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının 6,243 milyard ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.

 

Gununsesi.org reytinq agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin proqnozundan 2 % azdır.

Hesabata əsasən, AMB-nin valyuta ehtiyyatlarının gələn il sonuna 6,305 mlrd ABŞ dolları, 2023-2024-cü illərdə isə müvafiq olaraq 6,474 mlrd ABŞ doları və 6,597 mlrd ABŞ dolları səviyyəsində olacağı gözlənilir.

Xatırladaq ki, bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyyatları 6 mlrd 369,4 mln ABŞ dolları təşkil edib. Son 1 ildə AMB-nin valyuta ehtiyatları 111,4 milyon ABŞ dolları və yaxud 1,8 % artım nümayiş etdirib.

Gununsesi.org