AMEA-da Lütfi Zadə ilə vida mərasimi keçiriləcək

  • By admin
  • 27 Sentyabr 2017 11:40
lutfizadeazvisiin_1494912147_1502275389_1505568076
Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycanın tanınmış alimi mərhum Lütfi Zadə ilə vida mərasimi keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə trend-ə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli məlumat verib.
Vida mərasimində respublikanın tanınmış siyasi və ictimai xadimləri, elm nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 2017-ci il sentyabrın 6-da ABŞ-da ömrünün 97-ci ilində vəfat edib.

Gununsesi.info