Amerika Əfqanıstana 500 hərbi maşın hədiyyə etdi

  • Müəllif: admin
  • 07 Oktyabr 2016 16:12
h%c9%99rbi
Əfqanıstanın Daxili işlər nazirliyi ABŞ-da 492 ədəd Humvee hərbi maşınlarını alıb.
Gununsesi.info “Khaama”-ya istinadən xəbər verir ki, bu barədə Daxili işlər nazirinin əməkdaşı Mürtəza Rəhimi məlumat verib.
 Onun sözlərinə görə, alınan hərbi maşınların  yarısı  polis birləşmələrinə verilib: “Qalan texnika isə  hüquq-mühafizə orqanlarının  sərəncamına veriləcək”.
M.Rəhimi deyib ki,  hərbi texnika  NATO-nun Əfqanıstandakı həyata keçirilən  “Ciddi dəstək” proqramı çərçivəsində verilib. əsas məqsəd də əfqan polisini müasir hərbi nəqliyyat vasitəsi ilə təmin etməkdir. Bundan əlavə olaraq ABŞ Əfqanıstana  80 min ədadə silah, həmçinin avtomatik vintovka göndərməyi planlayıb.
 Buna səbəb isə son dövrlərdə terrorçu təşkilatlar  olan “Taliban” və İŞİD-in bu ölkədə aktivləşməsidir. Artıq “Taliban” son günlərdə  Əfqanıstanda bir sıra bölgələrdə nəzarəti ələ keçirib.
 Gununsesi.info