Amerika bu hadisəni danışır: 17 yaşlı müsəlman qız 100-dən çox amerikalını xilas etdi - VİDEO

  • By admin
  • 07 Dekabr 2019 13:11
ABŞ-ın Viskonsin ştatında 17 yaşlı  məktəbli qız – Dua Əhməd təmkini, soyuqqanlılığı və sürətli reaksiyası sayəsində oxuduğu məktəbin yüzdən çox şagird və əməkdaşını xilas edib.

Bu barədə Gununsesi.org Moderator.az-a istinadən məlumat verir.

Dərs zamanı gözlənilmədən 16 yaşlı bir yeniyetmə məktəb işçilərindən birini bıçaqlayıb və əməkdaş  atəş açıb. Həmin məqamda hicablı müsəlman şagird ümumi çaxnaşmaya qapılmayıb və yaxınlıqda bir məscidin olduğunu, digər şagirdlərlə birlikdə vəziyyət düzəlincə orada gizlənə biləcəklərini anlayıb. Məscidə çatan kimi qız dərhal  qapını açan kodu yığıb və bütün həmyaşıdlarını irəli buraxıb.

“Hamı bərk qorxmuşdu. Adamlar ağlayır, kim isə digərini sakitləşdirirdi. Əsl xaos idi…”-deyə D.Əhməd jurnalistlərə açıqlamasında bildirib.
Müsəlman qız hadisədən sonra onunla əlaqə saxlayan hər kəsə təşəkkür edib və fövqəladə vəziyyətdə insanlara kömək etməkdən məmnun olduğunu vurğulayıb.

 

Gununsesi.org