Amerika Çinə aid qalmaqallı “casus balonu”nu döyüş təyyarələri ilə yerə endirdi

  • By admin
  • 05 Fevral 2023 17:38

Günlərdir Amerika və Çin arasında gərginliyə səbəb olan və bütün dünyanın həyəcanla izlədiyi “casus balon” Amerikan ordusu tərəfindən yerə endirilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, döyüş təyyarələri ilə endirilən balonun düşürülməsi Pekin hökumətinin narazılığına səbəb olub. Çin tərəfi kəşfiyyat məqsədli şübhələnilən balonun endirilməsinə etiraz edib.

“Casus balon” ABŞ ordusunun “F-22” döyüş təyyarələri tərəfindən vurulub.

“Üç məktəb avtobusu böyüklüyündə” olduğu və 60 min fit yüksəklikdə uçduğu bildirilən balonun dağıntılarının çıxarılması çalışmaları davam etdirilir”.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info