Amerika Çinin varlı adamlarını da çökdürür

  • By admin
  • 12 Oktyabr 2018 09:46

Çinin ən varlı şəxslərinin sayı 20 ildə rekord sayda (1893) azalıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Hurun report” jurnalının növəti reytinq cədvəli bunu gösətir.
Reytinqin tərtibçilərinin qeyd etdiyi kimi, bu, Çin iqtisadiyyatında son illərdə baş verən nisbi tənəzzül və ABŞ-la aparılan ticarət müharibəsinin nəticəsində olub. Buna rəğmən, Çinin ən varlı adamı son 4 ildə dəyişməz qalıb. Bu, “Alibaba” onlayn ticarət nəhəngini sahibi Cek Madır. Onu sərvəti bir ildə 10 milyard dollar daha artaraq 39 milyard dollara çıxıb.
Reytinqə 2 milyard yüəndən (290 milyon ABŞ dolları ) çox pulu olan Çin vətəndaşları da daxil edilib.

Maraqlıdır ki, milyarderlərin sayında azalma müşahidə edilməsinə rəğmən, hazırda Çinin bu qədər sərvətə malik olan adamlarının sayı 5 il bundan öncəkindən 89% çoxdur.

İkinci yerdə Çinin daşınmaz əmlak şirkəti “Evergrande Group”un rəhbəri Syu Tzyain gedir. (36 milyard)

Картинки по запросу Evergrande Group Сюй Цзяинь

Üçüncü yer Tencent telekommunikasiya şirkətinin başçısı Poni Maya məxsusdur (35 milyard)

Картинки по запросу Tencent Пони Ма

Dördüncü sırada daha bir daşnmaz əmlak şirkəti “Country Garden”in sahibi Elizabet Yan Hueyyan dayanıb (22 milyard)

Картинки по запросу Country Garden, Элизабет Ян Хуэйянь

Beşinci sıra “Wanda Group” konqlomeratının təsisçisi Van Tzyanlinə məxsusdur (20 milyard)

Картинки по запросу Wanda Group Ван Цзяньлинь

Altıncı yerdə “Midea” məişət texnikasının istehsaçları He Syantsyan və He Tzyanfen qərarlaşıb (19 milyard)

Картинки по запросу Midea He Xiangjian

Yeddinci və səkkizinci yerlərdə “SF Express” çatdırılma xidmətinin təsisçisi Van Vey və “China Pacific Construction” tikinti şirkətinin rəhbəri Yan Hao (hər ikisi 17,5 milyard dollar) dayanır.

Картинки по запросу SF Express Ван Вэй

Doqquzuncu yerdə “Baidu” axtarış saytının sahibi Robin Li və onun arvadı Melissa Ma (17 milyard) durur.

Картинки по запросу robin li melissa ma

Nəhayət, ilk onluğu “Xiaomi” smartfonlarının istehsalçısı Ley Tzüan və “Amer İnternational” (mis mədənləri, kabel və digər məmulatlar) şirkətinin sahibi Van Venyin qapadır.

Картинки по запросу Xiaomi Лэй Цзюнь

Bu il reytinqə 219 yeni isim əlavə olunub. (456 şəxs siyahını tərk edib). Bundan başqa, reytinq siyahısında qadınların sayında rekord artış var. Onlar bu ilki siyahının 28,7%-ni təşkil edirlər.

Onu da qeyd etmək lazımdır ki, reytinqdə yer alan biznesmenlərin 60%-dən çoxu istehsal, sərmayə, texnologiya və daşınmaz əmlak sahələrindən gəlmədir.

Gununsesi.org