Amerikada itə vəzifə verildi: Şəhər meri olacaq

  • By admin
  • 05 Mart 2020 08:33

ABŞ-ın Corctaun şəhərində (Kolorado ştatı) Parker adlı iti fəxri mer seçiblər.

“NY Post” xəbər verir ki, bu qərar yekdilliklə qəbul edilib.

Yeni vəzifədə Parker insanlarla qucaqlaşır və onlara şirniyyat verir.

 

Qeyd etmək lazımdır ki, Parker həmçinin “Loveland Ski Area” kurortunun rəsmi talismanıdır.

Bundan əlavə, it fiziki qüsüru olan insanlar üçün düşərgədə terapevt rolunu oynayır.

Xəbər oxu.az saytında dərc edilib.

 

Gununsesi.org