Amerikanın ilk qaranquş kosmanavtlarından biri olan John Glenn öldü.
Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən xəbər verir ki, amerikalı kosmanavt, keçmiş dənizçi və senator John Glenn ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində 95 yaşında həyatıyla vidalaşıb.
John Glenn 20 fevral 1962-ci ildə “Friendship 7” kosmik gəmisi ilə Yerin ətrafını üç dəfə dövrə vuraraq adını tarixə yazdıra bilib.
Məlumata görə, 1974-cü ildə ABŞ Milli Aerokosmik Agentliyindən (NASA) təqaüdə çıxan John Glenn sonra Ohayo ştatının senatoru seçilib.
Anar
Gununsesi.info