
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Mayk Pens Kennedi adına Kosmik mərkəzə ekskursiya zamanı vəd edib ki, ABŞ astronavtları nəinki Aya, həm də Marsa göndəriləcəklər.
Bundan bir qədər əvvəl Ağ evin başçısı Donald Tramp kosmos üzrə Milli şuranın bərpası haqqında fərman imzalayıb. Şura demək olar, 25 il fəaliyyətsiz olub.
«Kosmosa aparan bu körpü ilə bizim xalqımız Aya qayıdacaq . Və biz, çəkmələrimizi Marsın sifətinə basacağıq» – deyə, «The Hill» nəşri Pensdən sitat gətirir.
Aya pilotlu çıxış ABŞ-n «Appolon» kosmik proqramının məqsədi olub. Proqram 1961-1975-ci illərdə fəaliyyətdə olub. Qarşıya qoyulmuş tapşırığı 20 iyul 1969-cu ildə yerinə yetirmək mümkün olub. Həmin tarixdə avstronavtlar Nil Armstronq və Bazz Oldrin Yerin təbii peykinə ayaq basıblar. Amerikalılar Aya cəmi altı uğurlu çıxış həyata keçirə biliblər.
Gununsesi.info