Amerikalılar Putinə görə Trampa güvənmir

  • By admin
  • 16 İyul 2017 16:58

putin-tramp-yeni
ABŞ vətəndaşlarının demək olar ki, yarısı Rusiya lideri Vladimir Putinlə müzakirə mövzusunda Prezident Donald Trampa güvənmir.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” və ABC telekanalının apardığı birgə sorğunun nəticələrində qeyd olunub. Belə ki, 48 faiz bu müzakirə prosesində Ağ Ev rəhbərinə güvənmədiyini, 18 faiz isə bir az güvəndiyini bildirib.

32 faizlik kəsim isə Trampın Putinlə müzakirə aparacaq qabiliyyətə sahib olduğunu açıqlayıb.

2 faiz bitərəf qalıb.

Bundan əlavə, seçki dönəmindən bəri Trampa olan inamın 36 faiz gerilədiyi vurğulanıb.

Gununsesi.info