Amerikan həkimlər epidemiya vaxtı immuniteti gücləndirməyin yeni yollarından danışdı

  • By admin
  • 20 Yanvar 2022 19:09
Amerikalı dietoloqların epidemiya zamanı immuniteti  möhkəmləndirmək barədə yeni tövsiyələri “Eat This, Not That!” (“Bunu yeyin, onu yox!”) jurnalında dərc olunub.
Gununsesi.info bu haqda xarici mediaya istinadla xəbər verir
Epidemiya zamanı həkimlər tərkibində antioksidant olan qidaları daha çox qəbul etməyi, həmçinin gecələr yaxşı yatmağı və gün ərzində bol su içməyi tövsiyə edirlər.
Dietoloq Emi Hadsona görə, antioksidantlar immunitet sistemini gücləndirməyə kömək edir. Onlar sitrus meyvələrində, nar və giləmeyvələrdə olur.
Mütəxəssislər həmçinin yaşıl çay içməyi məsləhət görürlər. Çünki onun tərkibində katexinlər – hüceyrələri infeksiyadan qoruyan üzvi maddələr var.
İmmuniteti artırmaq üçün həmçinin C vitamini olan qidaları daha çox yemək tövsiyə olunur. Çünki bu vitamin orqanizmi infeksiyalardan təmizləyən leykositlərin – ağ qan hüceyrələrinin formalaşmasında mühüm rol oynayır. İspanaq, kələm, brokoli və yaşıl lobya kimi yaşıl tərəvəzlər C vitamini ilə zəngindir.
Doktor Kortni D’Anjelo da öz növbəsində qeyd edib ki, immuniteti qorumaq üçün kifayət qədər yatmaq lazımdır.
“Yuxu zamanı orqanizm infeksiyalarla mübarizə aparan molekullar istehsal edir. “Əgər onların istehsalı qeyri-kafi yuxuya görə kəsilirsə, bu, immunitet sisteminə ciddi zərər verə bilər”- deyə mütəxəssis vurğulayıb.
Bədəndəki mayenin səviyyəsi onun normal fəaliyyətində mühüm amil olduğundan, hər gün bol su içmək də vacibdir. D’Angelo “Susuzlaşdırma immunitet sistemini yavaşladır və immun hüceyrələri kifayət qədər istehsal olnmur”- deyə mütəxəssis vurğulayıb.
Gununsesi.info