Amerikanın “Herkules”i Ukrayna sərhədinə endi

  • By admin
  • 25 Noyabr 2022 19:04

Amerikanın turbovintli hərbi-nəqliyyat təyyarəsi Ukrayna sərhədi yaxınlığında görüntülənib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Lenta.ru” Flightradar uçuş izləmə portalından məlumat əldə edib.

Onun məlumatına görə, Kanada Hərbi Hava Qüvvələrində xidmətdə olan “Lockheed CC-130J Hercules” (“Hercules”) cümə günü, noyabrın 25-də Şotlandiyanın Prestvik aerodromundan havaya qalxaraq Moskva vaxtı ilə saat 15:45 radələrində yerə enib. Polşanın Jeşuv şəhəri Ukrayna ilə sərhəddən 90 kilometr aralıda yerləşir.

Məlumdur ki, ABŞ-ın “Lockheed Martin” hərbi-sənaye korporasiyası tərəfindən istehsal olunan “CC-130J Hercules” taktiki-nəqliyyat təyyarəsi qoşunların daşınması və yüklərin daşınması da daxil olmaqla, geniş tapşırıqların yerinə yetirilməsi üçün istifadə olunur.

Gununsesi.info