Amerikanın qırıcıdaşıyan gəmisi Şimali Koreya sahillərinə yan aldı

  • Müəllif: admin
  • 29 Aprel 2017 13:40
gemi-koreya
Amerikanın  “Karl Vinsin” aviadaşıyıcı gəmisi Çusimskiy boğasından Yapon dənizinə daxil olub.
Gununsesi.info “Lenta.ru”-ya istinadən xəbər verir ki,  Amerikan gəmisi  ABŞ Hərbi-Dəniz Donanması Qüvvələri ilə Yaponiyanın Silahlı Qüvvələrinin  aprelin 23-dən etibarən  keçirdiyi birgə hərbi təlimlərə qoşularaq, bu təlimlərdə iştirak edəcək.
Yaxın  vaxtlarda isə ABŞ-la Cənubi Koreyanın birgə hərbi təlimlərinə start veriləcək və adıçəkilən gəmi  orada da iştirak edəcək.
Bu hərbi təlimlərin hamısı Şimali Koreyaya  təzyiq göstərmək məqsədi daşıyır.
Qeyd edək ki, bu ərəfədə Şimali Koreya növbəti ballistik raketini sınaqdan keçirib və sınaq uğursuz alınıb. ABŞ kəşfiyyatının verdiyi məlumata görə raket havaya buraxıldıqdan  sonra  hərbi hava limamından təqribən 35 km aralıda yerə düşüb.
ABŞ hərbi qırıcı  təyyarə daşıyan gəmisi  olan “Karl Vinson” aprelin  avvəlində Şimali Koreyanın  sınaqdan keçirdiyi  raketdən sonra Koreya yarımadasına göndərilib.
Gəmi hələlik bir ay müddətinə Koreya sahillərində xidmət çəkəcək. 
“Karl Vinson”-la yanaşı Lake Champlain (CG-57) kreyseri, Michael Murphy (DDG-112) , Wayne E. Meyer (DDG 108) esminesləri, o cümlədən,  Aegis PLS sistemi xidmət edəcək.
Mürtəza
Gununsesi.info