AMİP-dən Azər Rəşidoğluna cavab gecikmədi: "Onun Etibar Məmmədovla bağlı dedikləri absurddur"

  • Müəllif: admin
  • 30 Dekabr 2016 13:15
ali-orucov
AMİP lideri Etibar Məmmədovun Gununsesi.info-ya verdiyi qısa açıqlamada hökümətin ünvanına səsləndirdiyi tənqidi fikirlər cəmiyyətdə geniş rezonans doğurub və geniş müzakirələrə səbəb olub.
Bunula bağlı ekspert Azər Rəşidoğlunun saytımıza verdiyi açıqlamaya AMİP tərəfindən cavab gecikməyib. Partiyanın Siyasi Şurasının üzvü Əli Orucov A. Rəşidoğlunun fikirlərini absurd adlandıraraq deyib:
“Mən Azər Rəşidoğlunu ciddi şərhçi hesab edirdim, amma bu məsələdə o, falabaxanlıq edib. Əvvəla Etibar Məmmədov bir siyasi lider, bir vətəndaş kimi hökümətə dair tənqidi fikirlərini söyləyib. Burada qeyri-adi nə var ki? Azər Rəşidoğlunun məntiqi ilə belə çıxır ki, tutaq ki, hər hansı bir siyasətçi Nəqliyyat Nazirliyinin, Milli məclisin, Gömrük Komitəsinin fəaliyyətini tənqid edirsə həmin postu tutmaq iddiası ilə bunu edir? Bu, nə cəfəngiyyatdır? İkincisi də, AMİP liderinə baş nazir, yaxud da, hansısa vəzifə tutmaq lazım idisə bunu çoxdan tutardı və dəfələrlə belə bir imkanlar da yaranıb. Hələ bəzi insanlar, o cümələdən, özünü ekspert hesab edənlər siyasi partiya anlayışının, müxalifət-iqtidar bölgüsünün nədən ibarət olduğunu anlamaqda çətinlik çəkirlər. AMİP yarananda ilk siyasi təşkilat olaraq hakimiyyətə gəlmək iddiasının olduğunu açıq şəkildə bəyan edib. Burda heç bir qəbahət yoxdur. Digər tərəfdən bu “ekspert” anlaya bilmir ki, AMİP ölkənin apıcı müxalifət partiyalarından biridir və Etibar Məmmədov də həmin partiyanın lideridir. Onu tanıyanlar da bilirlər ki, Etibar bəy Azər Rəşidoğlunu xarakterizə etdiyi kimi deyil”
Gununsesi.info