Amrahbank ilə Səudiyyə İnkişaf Fondu arasında 4 milyonluq razılaşma

  • By admin
  • 06 Mart 2020 21:42

Xəbər verdiyimiz kimi, fevralın 10-da Amrahbank ilə Səudiyyə İnkişaf Fondu arasında maliyyələşmə xəttlərinin ayrılması barəsində müqavilənin imzalanması üzrə razılıq əldə olunub.

Gununsesiaz.info xəbər verir ki, bu gün Amrahbank ilə Səudiyyə İnkişaf Fondu arasında birinci, 4 mln. USD məbləğində maliyyələşmə xəttinin ayrılması üçün imzalanacaq müqavilə Banka təqdim olunub. Əlavə olaraq, növbəti tranşların ayrılması üçün danışıqların başlanması razılığına gəlinib.

Bildirdiyimiz kimi, Fondun təqdim etdiyi maliyyələşmə xətləri Səudiyyə Ərəbistanından göndərilən məhsul və xidmət növlərinin maliyyələşdirilməsinə sərf ediləcək. Bu da müştərilərin kredit və ticarətin maliyyələşməsi ehtiyaclarını tam ödəmək imkanını yaradacaqdır.

Xətlərin yaxın zamanlarda Bankın müştərilərinə təqdim olunması nəzərdə tutulub.

Qeyd edək ki, Səudiyyə İnkişaf Fondu ilə Amrahbank 2011-ci ildən fəal əməkdaşlıq edir.

 

 

Gununsesiaz.info